Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində səfərdədir.
"Unikal" xəbər verir ki, Çavuşoğlu özünün “twitter” səhifəsində səfəri çərçivəsində “Dubay-Expo” mərkəzində təşkil olunan ölkəmizə məxsus sərgi nümunələri ilə də tanış olduğunu bildirib.
M.Çavuşoğlu sərgidə Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan və BƏƏ markası olan məhsulların olduğunu vurğulayıb: “Ölkəmizin və məhsullarımızın marka dəyərini artırmaq üçün çalışırıq”.