Gələn ildən etibarən ƏDV-nin geri qaytarılması nəzərdə tutulan mal, iş və xidmətlərin əhatə dairəsi genişlənəcək.
Dövlət Vergi Xidmətindən "Unikal"-a verilən məlumata görə, belə ki, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən, tibbi xidmətlərin alışı zamanı ƏDV-nin bir hissəsi istehlakçılara geri ödəniləcək.
Bu məqsədlə tibb müəssisələrində məcburi olaraq onlayn nəzarət-kassa aparatları tətbiq ediləcək. Eyni zamanda növbəti ildən alkoqollu içkilərin və tütün məmulatların, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılacaq.