Bərdədə 11 yaşlı uşaq intihara cəhd edib.

"Unikal"-ın məlumatına görə, Bərdə rayon Səttarxan küçəsində yaşayan 2010-cu il təvəllüdlü G.Ə. bu gün axşam saatlarında yaşadığı evdə bir neçə ədəd dərman içərək intihar etmək istəyib.
Azyaşlı qız ailə üzvləri tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Vəziyyətinin stabil olduğu bildirilir.
G.Ə-nin hansı səbəbdən intihara cəhd etməyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov