Polşa sərhədçisi Belarusdan sığınacaq istəyib.
"Unikal" xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi Polşa əsgərinin Minskdən siyasi sığınacaq istəməsi barədə məlumat yayıb.
“Dünən, dekabrın 16-da saat 17.50-də Belarus-Polşa sərhədi yaxınlığında, Qrodno sərhəd qrupunun "Tuşemlya" sərhəd zastavasının Belarus sərhəd dəstəsi Polşa silahlı qüvvələrinin hərbi qulluqçusu 1996-cı il təvəllüdlü Çeçko Emili saxlayıb.
"Miqrasiya böhranı və qaçqınlara qarşı qeyri-insani rəftar praktikası ilə bağlı Polşanın siyasəti ilə razılaşmayan hərbçi Belarus Respublikasından siyasi sığınacaq istəyib", - deyə bildirilib.
Ağarza Elçinoğlu