Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan vətəndaş tərəfindən təhdidlərə məruz qalıb.
"Unikal" xəbər verir ki, Vardan Sedrakyan adlı "Facebook" istifadəçisi Ter-Petrosyan barəsində gizli sənədləri paylaşacağını bildirib. O, öz səhifəsində yazdığı yazının fotosurəti də daxil edib. Bununla yanaşı, həmin paylaşımın silinməsi üçün Levondan 7 milyon 800 min avro tələb edib. Vardan Levona 40 gün vaxt verib.
Məsələ ilə bağlı Ermənistanın birinci prezidenti polisə müraciət edib. Hazırda şəxs barəsində araşdırma aparılır.
Gülayə Mecid