"Nikol Paşinyan hakimiyyətinin üç ili ərzində Ermənistandakı dəyişiliklərin sürətinə çatmaq olmur. “Artsax Ermənistanın sonu” deyə yüksək səslə bəyanat verən Paşinyan indi "Artsax"a getməkdən, hətta "Artsax" sözünü deməyə qorxur".
"Unikal" xəbər verir ki, bu barədə ictimai-siyasi xadim Avetik Çalabyan "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, bəzi ərazilərin qubernatorları artıq işə çıxmaq istəmir:
"Bu hakimiyyət sürətlə qəbrini qazır. Dekabrın 16-da ondan çox partiya Vardenis, Axuryan, Talin, Vanadzor, Gorus, Kacaran, Gümrü, Noyemberyan, Vedi və Berd əhalisi nümayəndələrinin dərhal azad edilməsini tələb edir. Korrupsiyaya qarşı mübarizəni bayraq edən siyasi qüvvə heç bir vicdan əzabı çəkmədən agentlərinə milyonlarla bonuslar, lüks avtomobillər, qohumlarına asfalt tenderləri paylayır. Bu gün demokratiyadan, azad seçkilərdən danışan qüvvə seçilmiş nümayəndələrini (hətta keçmiş müttəfiqlərini belə) həbs etməyə və ya zorla istefaya göndərməyə tələsir, beləliklə, onu hakimiyyətə gətirən insanların üzünə tüpürməklə kifayətlənir".
Gülayə Mecid