Dünyaca məşhur aşpaz Nüsret Gökçe 2 ildən sonra anası ilə görüşüb.
"Unikal" xəbər verir ki, uzun müddətdən sonra anasını görən Nüsrət "Anam çox arıqlamısan" şərhini verib. Belə ki, anası ilə görüşmə anını lentə alan aşpaz həmin kadrları sosial media hesabından paylaşıb.
Lakin sosial media istifadəçiləri Nüsretin bu paylaşımını tənqid edib. Bir çox şəxs ona "Xeyirsiz övlad" adını verib.
"Niyə anasını görməyə gedərkən videoya çəkmək ehtiyacı hiss edib?", "Bununla da özünü reklam etməzsən də", "Gözümdən düşdü, özü lüks içində yaşadığı halda, anası əvvəlki vəziyyətdə qalıb", "Qolundakı saat 6 trilyon olduğu halda, anan niyə köhnə divanda əyləşir?" kimi şərhlər Nüsretin ünvanına gələn tənqidlərdən yalnız bir neçəsi olub.