Sabirabadda 2 yaşlı uşağın üzərinə qaynar su dağılıb.
"Unikal" xəbər verir ki, hadisə Sabirabad rayonunun Azadakənd kəndində baş verib. Belə ki, həmin kəndin sakini, 2019-cu il təvəllüdlü Əliyev Turan Vüsal oğlu ağır yanıq xəsarətləri alıb.
2 yaşlı uşağı əvvəlcə Şirvan xəstəxanasına, oradan isə Bakıya - 5 saylı klinikaya gətiriblər.