Ağsu rayonunda yeniyetmə oğlan intihar edib.

"Unikal" "Report"a istinadən xəbər verir ki, hadisə Əlheydər Qarayev küçəsində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini, 2007-ci il təvəllüdlü X.Ə. yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.