Bu gün axşam saatlarında Xaçmaz şəhərində zəncirvarı qəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
"Audi" markalı nəqliyyat vasitəsi yolun kənarında dayanan 4 maşınla toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.(apa.az)