Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli əczaxananın tavanı 7 m² sahədə və içərisində 1 ədəd kompüter yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Əczaxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.