Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 36 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli ev 30 m² sahədə yanıb.
FHN-dən "Unikal"a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.