Bakıda ikimərtəbəli evdə yanğın olub.

"Unikal" xəbər verir ki, Xəzər rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 10 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.