Bakıda 1999-cu il təvəllüdlü şəxs dəm qazından boğularaq ölüb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Elimxan Əliyev yaşadığı mənzildə huşsuz vəziyyətdə tapılıb. Yaxınlarının verdiyi məlumata görə, gənc oğlan dəm qazından boğularaq dünyasını dəyişib.
Qeyd edək ki, E. Əliyev Azərbaycan Universitetində MBA üzrə magistratura təhsili alırmış. E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq, respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub. O, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək, 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub.
Həmçinin, 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.
Bildirək ki, tələbə "Kainat Tədris Mərkəzi"ndə ingilis dili üzrə müəllim işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
Gülayə Mecid