Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Əmreyev və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.
Tərəflər naziri Qazaxıstan hakimiyyətinin ölkəyə tam nəzarəti və sabitliyi bərpa etmək səylərini müzakirə ediblər.
Əmreyev Qazaxıstan hökumətinin ölkədəki vəziyyətlə bağlı həyata keçirdiyi tədbirlərin TDT tərəfindən dəstəkləndiyini bir daha vurğulayıb və təşkilata üzv dövlətlərin lazım olduğu təqdirdə hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.