“Qazaxıstandakı qardaşlarımızın öz gücləri və imkanları ilə ölkənin üzləşdiyi bütün çətinliklərin öhdəsindən gələcəyinə inanırıq”
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, Türkiyə Qazaxıstanda baş verən son hadisələri diqqətlə izləyir.
“Qazaxıstan Türkiyənin mühüm müttəfiqidir və biz bu ölkədə vəziyyətin mümkün qədər tez sabitləşməsinə və asayişin təmin olunmasına ümid edirik. Əgər Qazaxıstan Ankaraya hər hansı müraciət etsə, biz bunu tam şəkildə yerinə yetirməyə hazırıq. Türkiyə Qazaxıstanın yanında olub və olacaq!"