“Azərbaycan və Liviya başda olmaqla dost, qardaş və müttəfiq ölkələri dəstəkləyərək, NATO, BMT, Aİ və ATƏT missiyaları ilə birlikdə Qətər, Somali, Bosniya və Herseqovina və bir çox başqa coğrafiyalarda dünyada sülhə töhfə veririk”, - Hulusi Akar vurğulayıb.
“Unikal” xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir qeyd edib ki, Türkiyə dünyada sülhə dəstək verməkdə davam edəcək.
PKK və onun Suriya qolu YPG-ni kim dəstəkləyirsə-dəstəkləsin, kimdən dəstək alırsa-alsın, Türkiyə son terrorçu zərərsizləşdirilənə qədər mübarizə aparmaq əzmindədir.