Müğənni Elvin Abdullayev biznesindən qazandığı məbləğdən danışıb.
"Unikal" xəbər verir ki, sənətçi ayaqqabı biznesinin çətinliyindən bəhs edib. "Xəbər-ətər" proqramında danışan Elvin bildirib ki, buradan gəliri yetəri qədərdir:
"Hələ davam edirəm, görüm harada qırılır. Üstündə dayana bilmirəm, çətindir. Şərikim var, İstanbulda yaşayır. İşçilər də var, amma yenə də işin başında özün dayanmalısan. Yoxsa çətinliklə üzləşirsən. 4-5 gün toya gedib aldığım pulu bu biznesdə 1 saata qazanmışam. Amma yenə də müğənnilikdən gələn gəlirin bərəkəti var".