Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, dövlət başçısının sərəncamı "Rəsmi Qazet"də dərc olunub.
Qeyd edək ki, iki ölkə arasında təbii qazın tədarükünə dair anlaşma memorandumu ötən ilin dekabrında imzalanıb.