Azərbaycan Turizm və Menecment Universiteti “İctimai fənlər” kаfеdrаsının professoru, t.ü.e.d. Məhərrəm Zülfüqarlının Azərbaycan regionlarında olan yəhudi tarixi abidələrinə həsr etdiyi elmi məqalə Web of Science və Scopus sistemlərinə daxil olan “Voprosı İstorii” jurnalının 2021-ci ilin 12(3) sayında nəşr olunub.
Universitetdən "Unikal"a verilən məlumata görə, ingilis dilində dərc olunmuş məqalədə Quba şəhərinin Qırmızı qəsəbəsində, Oğuzda, Şamaxıda, İsmayıllının Mücü və Mücü-Həftəran kəndlərində kompakt halda yaşamış və yaşamaqda davam edən yəhudi xalqının tarixi abidələri haqqında geniş məlumat verilib. Məlumat üçün qeyd edək ki, Azərbaycanda hazırda 20 minlik yəhudi icması yaşayır, 8 sinaqoq fəaliyyət göstərir, Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Tövrat ilk dəfə Azərbaycan dilinə tərcümə olunub.
M.Zülfüqarlının Bakıdakı yəhudi abidələrinə aid digər məqaləsi Ukraynanın reytinqli jurnalında nəşr üçün qəbul olunub.