“Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq”.
"Unikal" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulur. Vəsaiti investorlar 100 faiz özləri təmin edəcəklər”, - Prezident vurğulayıb.