“İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı işlər davam edir. Bununla bağlı məlumatlar ictimaiyyətə çatdırılacaq. Həm yerli, həm də xarici ekspertlər prosesə cəlb olunub”.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı suala cavabında deyib.
O bildirib ki, ən qısa zamanda işlər tamamlanacaq və dövlət tərəfindən müvafiq hüquqi addımlar atılacaq.