Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı keçirilib.
"Unikal"ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, danışıqlar zamanı tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında əks olunmuş razılaşmaları, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edib.
V.Putin və N.Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edib.