“Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, bunun üçün tərəflər arasında danışıqlar aparılmalıdır.
Paşinyan hesab edir ki, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi ilə bağlı delimitasiya və demarkasiya komissiyası tez bir zamanda yaradılmalıdır.