Özbəkistanda zooparkda ana üç yaşlı qızını ayının qəfəsinə atıb.

"Unikal" xəbər verir ki, Daşkənd zooparkında ana məhəccərə söykənib ayıya baxan qızını qəfildən aşağı itələyib. Zuzu uşağa yaxınlaşıb onu qoxulasa da, azyaşlıya toxunmur. Zoopark işçiləri dərhal ayını oradan uzaqlaşdıraraq qızı qəfəsdən çıxarıb. Azyaşlı hündürlükdən düşmənin nəticəsi olaraq açıq kəllə-beyin travması alıb.

Özbəkistan prokurorluğu anaya qarşı cinayət işi açıb. Onu 15 ildən 25 ilədək və ya ömürlük həbs gözləyir.