Reynmen kimi tanınan məşhur müğənni Yusuf Aktaşın anası Nesibe Aktaşa silahlı hücum edilib.

"Unikal" türk mediasına istinadən xəbər verir ki, hadisə onun evində yaşanıb. Evə silahla girən şəxs qadının telefonunu oğurlayıb.

Polislər hadisəni törədən şəxsin narkotik satışı ilə məşğul olan və axtarışda olan Yunus K. adlı şəxs olduğunu bildirib. Həmin şəxs polis tərəfindən saxlanılıb.