"İncimirəm, sadəcə nəticə çıxarıram. Düşmənim yoxdur, amma məni düşmən görənlər var".
"Unikal" xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva bildirib. Sənətçi bir çoxlarının onu düşmən kimi gördüyünü vurğulayıb.
"Öz fikirlərim və prinsiplərim var. Hansı ki, onlardan vaz keçmirəm. Xoşum gəlməyən insanın üzünə yalandan gülmürəm. Mənə maraqlı olmayan insanlarla ünsiyyət qurmuram. Məzlumlara, zəiflərə xarakter göstərib, kapriz etmirəm. Həddini bilməzləri, zalımları, yekəbaşları adam saymayıb, görməzdən gəlirəm. Allaha sığınıb, gücü ibadətə, duaya, yaxşılıqlara yönəldirəm. Allah imanımızı kamil etsin" deyə, Xatun sözlərinə əlavə edib.