Türkyənin "Fox" telekanalında nümayiş "Maske kimsin sen" adlı musiqi yarışması 9-cu bölümdən sonra yayımdan qaldırılacaq.
"Unikal" xəbər verir ki, müsabiqənin münsiflərindən biri olan aktyor Alican Yücesoy verilişin hansı səbəbdən dayandırıldığı barədə açıqlama verib.
O, yarışmanın 50 faiz reytinq qurbanı olduğunu, 50 faiz isə proqramın siyasi dairələrdə müzakirəyə səbəb olduğunu bildirib.
Qeyd edək ki, ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası olan sənəd dərc edilmişdi. Prezident müvafiq qurumlara bu tip proqramlarla bağlı konstitusiya və qanunlardan irəli gələn sanksiyaların tətbiq edilməsini tapşırmışdı.