“Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Nadir İsmayılovun əmlakları müsadirə olunub.
"Unikal" Musavat.com-a istinadən xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilən Nadir İsmayılovun əmlakları zərərin ödənilməsinə yönəldiləcək.
Onun cinayət işi zərərçəkmiş şəxslərdən biri də “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur. O, Nadir İsmayılovdan 5 milyon tələb edir. Onun zərəri ödənilməyib.
“Şərurlu İsfəndiyar” deyir ki, bankdan 10 milyon manat kredit ayrılıb, amma 5 milyonunu Nadir İsmayılov özü üçün götürüb. Həmin məbləğ ödənilmədiyi üçün onun əmlaklarına həbs qoyulub. Nadir İsmayılov isə deyir ki, “Şərurlu İsfəndiyar” pulun qalan hissəsini Türkiyədə olan oğluna göndərib.
Nadir İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.
Məhkəmənin höpkmü ilə Nadir İsmayılovun üzərinə həbs qoyulan aşağıdakı əmlakları müsadirə edilib:
- Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43
- Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi
- Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi
- Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi
- Bakıda yerləşən daha bir mənzil
- Ailə üzvləriin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi
- Başqa bir yaşayış evi
- “Jeep Wrangler”, “Mersedes Benz S500”, “Bentley Continental” və “Mersedes Benz G63 AMG” markalı maşınlar.