Qəbələdə bazarda baş vermiş yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, yanğın zamanı 12 ərzaq və geyim mağazası yanıb.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

***19:49

Qəbələnin Vəndam kəndində, bazar ərazisində güclü yanğın başlayıb.

"Unikal" xəbər verir ki, yanğın 11 mağazanı bürüyüb.

Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər görülür.