Türkiyəli aktrisa Biran Damla Yılmaz qadınlara dəstək olmaq məqsədiylə keçiriləcək dəfilədə podiuma çıxacaq.
"Unikal" xəbər verir ki, aktrisa 8 martda baş tutacaq təqdimat günündə universitetdə təhsil alan gənc qızlara dəstək olmaq üçün bu addımı atacaq. Tədbirin aparıcısı isə Çağla Şikel olacaq. Cem Yılmazın idarə edəcəyi hərracda hər dövrə aid dizayn işləri satılacaq.
Qeyd edək ki, Biran hazırda "Yasak elma" serialında "Kumru" obrazına həyat verir.