Əməkdar artist Vasif Məhərrəmli "Günün sədası" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni verilişdə sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib:
"İnsanın insana sayqısı olmalıdır, hörmət etməlidir. Sənin varlığın belə qıcıq yarada bilər. Mənim zoruma gedən odur ki, insan dünyasını dəyişir və başlayırlar onu söyməyə. Sosial şəbəkədə heç yaxşı tərəf görmürəm. Sosial şəbəkələrdə insanlara qarşı bir qıcıqlıq var. Çətin bir haldır".