Yevlax rayonun Salahlı kəndində 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

"Unikal" xəbər verir ki, qadın sürücünün idarə etdiyi "BMW" markalı maşın idarəetmədən çıxaraq "VAZ 2107" və "VAZ 2114" markalı avtomobillərlə toqquşub. BMW-nin sürücüsü qəzadan sonra hadisə yerindən yayınıb.

Qəza zamanı xəsarət alan 1980-ci il təvəllüdlü Qəzənfər Cəfərov və 1988-ci il təvəllüdlü Hüseyn Məcidov xəstəxanaya yerləşdirilib.

Faktla  bağlı araşdırma aparılır.