Qazaxda iki nəfər rayon sakini dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, 1975-ci il təvəllüdlü V.Qasımova və onun qızı 2008-ci il təvəllüdlü G.Nəsibova dəm qazından zəhərlənib.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.