Gəncədə yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

Sözü gedən ünvanda yerləşən evdə yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğın söndürən avtomobil və canlı qüvvəsi cəlb olunub.