Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Unikal" xəbər verir ki, Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü R.Məmmədov mübahisə zəminində 4 bıçaq zərbəsi alıb və xəstəxanaya yerləşdirilib.

Onu bıçaqlamaqda şübhəli bilinən tanışı, 2003-cü il təvəllüdlü İ.Zülfiqarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəyə isə "PubG" oyunu üstündə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

xxx

20.02.2022 / 23:55

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Füzuli parkında qeydə alınıb.

1999-cu il təvəllüdlü Məmmədov Rəvan qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.