Bakıda mebel sexi yanıb.
"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli tikilinin (mebel sexi və anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan yumşaq mebel dəstləri 150 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.