Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində parkda baş verən yanğının qarşısı alınıb.

FHN-dən "Unikal"a verilən xəbərə görə, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

*** 

Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində park yanır.

"Unikal"ın xəbərinə görə, hadisə Rəsulzadə qəsəbəsinin mərkəzində yerləşən şəhid Ramiz Aboyev adına parkda qeydə alınıb.

Park ərazisində yerləşən obyektdə baş verən yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.