Şəki rayonunda 70 yaşlı kişi yaşadığı evdə yanaraq ölüb.
"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Abdulrəhim Haqverdiyev küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.
Hadisə yerinə Dövlət Yanğın Nəzarəti Xidmətinin Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı evdə yaşayan 1962-ci il təvəllüdlü Rüstəm Mustafayev yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.(report.az)