Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21011" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı bulağa çırpıb.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov