Samux rayonunda yanğın olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Seyidlər kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.