Şəmkirdə 38 yaşlı kişi ürək tutmasından vəfat edib.
"Unikal"-ın məlumatına görə, hadisə Fövqəladə Hallar Nazirliyinin Şəmkir Rayon Yanğından Mühafizə Bölməsində qeydə alınıb. Belə ki, qurumun əməkdaşı, 1984-cü il təvəllüdlü Coşqun Ələkbərovun səhhəti qəfildən pisləşib. Dərhal təcili yardım çağırılıb, müayinə zamanı onun öldüyü məlum olub.
İlkin məlumata görə, 38 yaşlı C.Ələkbərov ürək xəstəliyindən əziyyət çəkirmiş.
Tural Əhmədov