"Yeni Müsavat"ın canlı yayımında Rauf Arifoğlunun aparıcısı olduğu "Dərin Təhlil" verilişində dava düşüb.
"Unikal"-ın məlumatına görə, canlı yayımda politoloq Tofiq Abbaslı, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qonaq olub.
Tofiq Abbaslının veriliş zamanı Səməd Seyidova "bəy" deyib, sonradan sözünü düzəldərək "müəllim" deməsi Pənah Hüseynin reaksiyasına səbəb olub. O, politoloqa irad tutub və onu təhqir edib. Tofiq Abbaslı isə Pənah Hüseynə hücum etməklə reaksiya verib.