Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" bu barədə  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qaradağ rayonunda “DAF” markalı yük avtomobili və "Daewoo" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1983-cü il təvəllüdlü Nəsirov Nicat Fəxrəddin oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.