“Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanların gətirilməsi nəzərdə tutulur”.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Sədr bildirib ki, yeni dərmanların gətirilməsi üçün həkim rəylərini gözləyirik:
"ABŞ-da və digər ölkələrdə yeni dərmanlar çıxıb. Bunun koronavirusun müalicəsinə təsirləri olduğu deyilir. Bizdə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasından həkim rəyi gözləyirik. Onlar təsdiqləsələr ki, bu dərmanlar effektivdir, o zaman həmin dərmanlar gətiriləcək”.
Anar Kəlbiyev