“Azərbaycan xalqına qarşı amansızlıqla törədilmiş bəşəri cinayət olan Xocalı soyqırımının 30-cu ildönümüdür”.
"Unikal" xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb:
“Tariximizə qanla yazılmış bu dəhşətli hadisə heç vaxt unudulmayacaq. Faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və Allahdan rəhmət diləyirik”.