“Sonsuzluğun müalicəsi hələ xidmətlər zərfinə daxil edilməyib”.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Agentlik sədri bildirib ki, bu, gələcəkdə xidmətlər zərfinə daxil ediləcək:
”Bu, artıq nəzərdə tutulub. Amma uşaqla bağlı hər hansı xəstəliklərin müalicəsi, əməliyyatlar xidmətlər zərfində var. Uşaqlarla bağlı vətəndaşların hər hansı probleminin qalmaması üçün bunu etmişik”.
Anar Kəlbiyev