“Ölkədə koronavirus tam nəzarət altındadır, vəziyyət stabildir”.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, ölkədə karantin rejiminin uzadılmasına baxmayaraq, bir çox məhdudiyyətlər aradan qaldırılır:
“Bununla belə biz koronavirusa nəzarəti tənzimləyirik. Koronavirusun müalicəsi üçün dərman ehtiyatı kifayət qədər çoxdur, lazımi avadanlıqlar alınıb”.
Anar Kəlbiyev