Xocalılıların müvəqqəti məskunlaşdığı Goranboy şəhəri Yeni yaşayış massivində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Goranboy rayon İcra Hakimiyyətindən "Unikal"a verilən məlumata görə, soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə tər gül dəstələri qoyulub.
Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı, Xocalı şəhər icra Hakimiyyəti başçısının birinci müavini, rayonun digər rəhbər şəxsləri, faciənin canlı şahidləri, şəhid ailələri, qazilər və Goranboy və Xocalı rayon ictimaiyyətlərinin nümayəndələri iştirak ediblər.