Ukrayna əsilli rusiyalı aktrisa Liya Axedjakova Ukrayna ordusuna 10 min dollar yardım göndərib.
"Unikal" xəbər verir ki, bu barədə Xalq artisti İnstaqram səhifəsində məlumat yayıb:
"Ukrayna ordusuna dəstək üçün 10 min dollar göndərirəm. Sizi də bunu etməyə dəvət edirəm. Baş verənlər üçün çox təəssüf edirəm. Həm sizin, həm də bizim gənc vətəndaşlarımızın öldürüldüyü üçün içimdə sıxıntı var. Ürəkdən istəyirəm ki, bütün bunlar başa çatsın".
Liya Axedjakova həmçinin Vladimir Putini Rusiyanın qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb.